"Transfer qiymətlərində müəyyən hədd olmalıdır"

28-07-2017, 17:19
124


"Yuventus"un qapıçısı Canluici Buffon da futbolçuların transfer qiymətinin tənzimlənməsinin tərəfdarı kimi çıxış edib. Təcrübəli qapıçı indiki halda maliyyə baxımdan güclü klubların üstün durumda olduqlarını qeyd edib.

"Futbolçulara necə qiymət qoyurlar, başım çıxmır.Hər şey pulu çox olanların əlindədir. Bu gün futbolçunun qiyməti 10 milyon, sabah isə 100 milyon avro ola bilər. Müəyyən hədd olmalıdır. Nəyə görə Neymar 600 milyon deyil, 220 milyon avrodur? Bunlar saxta təsir bağışlayır. Mən uşaq olanda babam deyirdi ki, şar şişir, şişir və nəhayət, partlayır".

   //Goal.az