"Çelsi" futbolçunun müqaviləsini uzadıb icarəyə göndərdi

28-07-2017, 12:25
588


"Çelsi"nin müdafiəçisi Tomaş Kalas klubla müqaviləsini uzadıb.

24 yaşlı futbolçu 2022-ci ilə kimi "zadəganlar"ın şərəfini qoruyacaq. Kalasın əvvəlki müqaviləsi 2018-ci ilin yayında qüvvədən düşürdü. Çexiyalı müdafiəçi növbəti mövsümü icarə əsasında "Fulham"də çıxış edəcək. 2010-cu ildə "Çelsi"yə transfer olunan futbolçu ötən mövsüm də "Fulhem"də oynayıb. O, Championship-də çıxdığı 38 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalmışdı. London klubu turnir cədvəlində 6-cə yeri tutsa da, Premyer Liqaya vəsiqə uğrunda keçirilən pley-off oyununda "Riding"ə uduzmuşdu.

   //goal.az