"Heyətimiz qalib mentalitetinə malikdir"

19-05-2017, 15:21
23


"Arsenal"ın hücumçusu Aleksis Sançez komandanın Premyer Liqada çempionluq mübarizəsindən kənarda qalmasına fikir bildirib. Çilili ulduz heyətin potensialı fonunda istənilən nəticə qazanılmamasından əsəbləşdiyini deyib.

"Komandanın nəyə qadir olduğunu və səviyyəsini görəndə bəzən hirslənirəm. Uduzduğumuz bir çox oyunda rəqibdən daha üstün oynamışıq. "Arsenal" futbolçularının səviyyəsi titul uğrunda mübarizə aparmağa imkan verir . Həmişə demişəm ki, heyətimiz qalib mentalitetinə malikdir".

//goal.az