Boatenqlə yeni müqavilə

19-05-2017, 15:12
10


İspaniyanın "Las Palmas" klubu hücumçusu Kevin-Prins Boatenqlə yeni müqavilə bağlayıb.

Bu barədə klubun rəsmi saytı xəbər yayıb.

30 yaşlı futbolçunun müqavilə müddətini 2020-ci ilin yayına qədər uzadıb.

Qeyd edək ki, "Şalke", "Milan", "Tottenhem", "Portsmut", "Borussiya" (Dortmund) kimi klublarda çıxış etmiş qanalı forvard cari mövsüm 29 oyunda 10 qol vurub.

//Goal.az