"Liverpul"un transfer hədəfləri

19-05-2017, 15:09
25


"Liverpul" yeni mövsümdə heyətini gücləndirmək niyyətindədir. "Qırmızılar" transfer fəaliyyətinə start verməsə də, prioritet transfer hədəflərini artıq müəyyənləşdirib.

Yurqen Klopp əsasən gənc futbolçuları transfer siyahısına daxil edib. Bunlar Virqil Van Dayk (Southampton), Endryu Robertson (Hull City), Nəbi Keyta, Timo Verner (hər ikisi "Leipzig") və Rayan Sessenyondur (Fulham). Mersisaydlılar növbəti mövsüm Çempionlar Liqasında iştirak etmək üçün son turda xal itirməməlidir. Qitənin ən nüfuzlu klub turnirinə vəsiqə "Liverpul"un bəzi transfer planlarının icrasını xeyli rahatlaşdıra bilər.

//Goal.az