"Lester"in ən yaxşı oyunçusu müəyyənləşib

17-05-2017, 16:42
236


"Lester"də 2016/2017 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

Klubun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, komandanın qapıçısı Kasper Şmeyxel cari mövsümün ən yaxşı oyunçusu seçilib.

O, 75 faizdən çox səs toplayıb.

Qeyd edək ki, K.Şmeyxel İngiltərə Premyer Liqasında cari mövsüm 28 matçda 40 qol buraxıb.

   //Qol.az