Sellami oyunçularından razı qalıb

9-05-2017, 10:26
209


Mərakeş komandasının məşqçisi Camal Sellami çempionluq titulunu müdafiə edən futbolçularının matça hazırlaşarkən çətinlik çəkmələrinə rəğmən, İslam Həmrəyliyi Oyunlarının bazar ertəsi günü Bakıda keçirilən açılış oyununda Səudiyyə Ərəbistanı komandası ilə gərgin mübarizədən sonra əldə etdiyi qələbədən çox şad olub. Şimali afrikalı futbolçular ehtiyat oyunçu Şauib Əl Maftulun 76-cı dəqiqədə vurduğu qələbə qolu sayəsində A qrupunun Azal Arenada keçirilən qarşılaşmasından üç xal qazandı.

"Mən göstərdikləri möhtəşəm oyuna görə futbolçularıma minnətdaram" deyə Sellami bildirdi.

"Oyun zamanı süni ot örtüyü ilə bağlı çox cüzi problemlə qarşılaşdıq.

Qol vurmağımız çox uzun çəkdi. Hesab edirəm ki, rəqiblərimiz də bizim yaşadığımız problemlərlə üzləşib.

Matçda bir oyunçumuzun zədə alması bizim üçün itki oldu. Üstəlik, növbəti oyuna çıxmazdan əvvəl elə də çox vaxtımız yoxdur."

Sellami komandasının Oyunlardan qısa bir müddət öncə ev sahibliyi edən ölkəyə çatmasından sonra çətinliklərlə mübarizə etdiyini qeyd edib.

Ölkədaxili futbol yarışlarının hələ çatmaması və vacib beynəlxalq turnirlərin bir neçə həftədən sonra başlaması ilə əlaqədar olaraq onun komandasının əsas hissəsi ölkənin aşağı liqalarından olan həvəskar oyunçulardan ibarətdir.

"Məsələ ondadır ki, bütün komandalar eyni çətinliklərlə qarşılaşmalı olur", deyə o əlavə etdi.

"Bakı 2017 futbol üzrə bir çox qitə oyunları və çempionatları ilə eyni vaxta düşdü, buna görə də, komandamızı hələ də yığırıq.

Bu səbəbdən də, təşkilatçıların Oyunların gələn dəfə daha az turnirlə üst-üstə düşməsinə diqqət etmələri lazımdır."

Rəqib komandanın məşqçisi Yusef Anbar həmkarının baxışlarını paylaşdı, lakin o, komandasının 95-ci dəqiqəyədək qapıya bir dənə də qol vurmamasına rəğmən, oyunçularının çıxışından razı qalmışdı.

"Çox maraqlı oyun idi", deyə o israrla bildirdi.

"Biz oyuna müvafiq şəkildə hazırlaşmışdıq, amma Azərbaycana sadəcə bir neçə gün öncə çatmışdıq."

Mərakeş cümə axşamı günü Bakının o bir tərəfində yerləşən Bayıl Arenada Kamerunla qarşılaşacaq, lakin komandanın kapitanı Hussam Amanan bu qədər uzaq gələcək haqqında düşünmür.

O bildirdi: "Biz təşkilatçılara və bütün komandalara minnətdarıq, oyun möhtəşəm idi.

Biz bura əlimizdən gələn ən yaxşı oyunu göstərmək üçün gəlmişik və bizim üçün ən vacibi bu Oyunlarda iştirak etməyimizdir."

  //Nəzər Media.az