"Valensiya" çempionluq mübarizəsində "Barselona"nı dəstəkləyəcək

3-05-2017, 12:27
284


"Valensiya" İspaniya Primerasında gedən çempionluq mübarizəsində, ehtimal ki, "Barselona"nın dəstəkləyir.

Katalonlar La Liqanın qalibi olaraq "Valensiya"ya 1 milyon avro ödəməli olacaq. Bu, ötən yay "yarasalar"dan "Barselona"nın heyətinə cəlb olunan Andre Qomeşlə bağlıdır. Belə ki, katalon klubu qarşıdakı 5 ildə çempion olsa, hər dəfə qarşı tərəfə 1 milyon avro ödəyəcək. Qeyd edək ki, Qomeşin transferi "Barselona"ya 35 milyon avroya başa gəlmişdi.

   //goal.az