"İndi "Liverpul" futbolçular üçün həqiqətən maraqlı bir layihədir" - Klopp

22-04-2017, 23:29
205


"Liverpul" indi futbolçular üçün daha cəbedici olub.

Bunu "Liverpul"un baş məşqçisi Yurgen Klopp deyib.

"Fikirləşirəm ki, indi "Liverpul" futbolçular üçün həqiqətən maraqlı bir layihədir. Bu, mənim şəxsi fikirimdir mən oyunçuların əvəzinə danışa bilmərəm. Amma bizim ilkin danışıqlarımız yaxşı keçir", - Klopp bildirib.

Baş məşqçi qeyd edib ki: "100 faiz əmin ola bilmərik ki, biz Çempionlar Liqasına yollana biləcəyik, lakin bizim komandamız istedadlı futbolçulardan ibarət cavan komandadır. Biz klubun irəliləyişini görürük".

  //Trend