"Obameyanqın "Bavariya"ya keçməsinə icazə verməyəcəyik"

10-04-2017, 23:14
187

"Obameyanqın "Bavariya"ya keçməsinə icazə verməyəcəyik""Borussia Dortmund"un direktoru Hans-Yoahim Vatzke Pyer-Emerik Obameyanqın yayda "Real" və ya "Barselona"ya transferini istisna etməyib.

Vatzke onun "Bavariya"ya keçməyinə imkan yaratmayacaqlarını da vurğulayıb.

"Məncə, Obameyanq komandada qalacaq. Amma "Real" və ya "Barselona" təklif göndərsə, ola bilsin, klubunu dəyişmək barədə düşünər. Digər klublar onun üçün alternativ variant ola bilməz. Xüsusilə də, "Bavariya"nı nəzərdə tuturam. Əlbəttə, Obameyanqın ora getməyinə icazə verməyəcəyik".

Qabonlu forvardın Dortmund təmsilçisi ilə müqaviləsi 2020-ci ilin yayında başa çatacaq.

 //Goal.az