"Valensiya"dan meydanında çətin qələbə

7-04-2017, 13:22
332

"Valensiya"dan meydanında çətin qələbəİspaniya La Liqasında XXX tura start verilib.

Turun ilk oyununda "Atletik" "Espanyol"u məğlub edib.

Bu gün isə liderlər qrupunda qərarlaşmış "Barselona" və "Sevilya" "Nou Kamp"da münasbətlərinə aydınlıq gətiriblər. Kataloniyalılar ilk hissədə 8 dəqiqə ərzində vurduğu 3 qolla rahat qələbə qazanıblar.
 
Birinci pillənin sahibi "Real" isə bu turda "Leqanes"in qonağı olub. "Kral klubu" da həftəni itkisiz başa vurub. Alvaro Moratanın het-trik etdiyi oyunda madridlilər 4:2 hesablı qələbəyə seviniblər.
 
Tura "Eybar" - "Las Palmas" və "Valensiya" - "Selta" oyunları ilə yekun vurulub.
 
İspaniya La Liqası
XXX tur
 
4 aprel
"Atletik" - "Espanyol" - 2:0
Qollar: Aduris, 17-pen; 37.
 
"Atletiko" - "Real Sosyedad" - 1:0
Qol: Filipe Luis, 28.
 
"Betis" - "Vilyarreal" - 0:1
Qol: Adrian, 47.
 
5 aprel
"Barselona" - "Sevilya" - 3:0
Qollar: Suarez, 25, Messi, 28, 33
 
"Alaves" - "Osasuna" - 0:1
Qol: Berenquer, 88
 
"Deportivo" - "Qranada" - 0:0
 
"Sportinq" - "Malaqa" - 0:1
Qol: Ramirez, 40

"Leqanes" - "Real" - 2:4
Qollar: Qabriel, 32, Lusiano, 34 - Xames Rodrigez, 15, Morata, 18, 23, 49
 
6 aprel
"Eybar" - "Las Palmas" - 3:1
Qollar: Bebe, 14, Aythami, 24 (öz qapısına), Adrian, 66 (pen.) - Lemos, 62
 
"Valensiya" - "Selta" - 3:2
Qollar: Parexo, 38, El Haddadi, 67, Soler, 86 - Kabral, 16, Aspas, 80 (pen.)

 //apasport.az