"Şalke" ukraynalı futbolçunu istəmir

29-03-2017, 10:26
207

"Şalke" ukraynalı futbolçunu istəmirUkrayna millisinin futbolçusu Yevqeni Konoplyanka "Şalke"ni tərk edə bilər.

Qerzenkirxen klubu 27 yaşlı havbeki "Sevilya"dan satın almağa məcburdur. Klublar arasında imzalanan icarə müqaviləsinin sonunda bu bənd öz əksini tapıb. Bunun üçün Bundesliqa təmsilçisi 12 milyon avro ödəməlidir. "Şalke" Konoplyankanı başqa kluba satmaqla bu pulu çıxarmaq fikrindədir.

  //Goal.az