Kamran Ağayevdən uğursuz ilk

27-03-2017, 23:25
246

Kamran Ağayevdən uğursuz ilkKamran Ağayev Azərbaycan millisində buraxdığı qol sayı üçrəqəmli ədədlə ifadə olunan ilk qapıçı kimi tarixə düşüb. Qolkiperin yığmada buraxdığı 100-cü qol Almaniya ilə matça təsadüf edib.

DÇ-2018-in seçmə mərhələsindəki bu görüşədək 64 dəfə milli forması geyinən Ağayev 97 top buraxmışdı. Mario Qomesin 45-ci dəqiqədə vurduğu top Bundestimin bu matçda 3-cü qolu olub. Kamran da bununla 100-ə çatıb.
 
4:1 hesabı ilə qələbə qazanan qonaqlar Ağayevi 101-ci dəfə də məyus edə biliblər.
 
Azərbaycan millisi tarixində 100 və daha çox top buraxan ilk və yeganə qapıçı olan Kamran orta hesabla hər matçda 1,554 qola üzülüb.

   //apasport.az