104 gün sonra

15-03-2017, 10:19
152

104 gün sonra"Qəbələ"nin məğlubiyyətsiz oyunlar seriyası qırılıb.

Roman Qriqorçukun yetirmələri 2017-ci ildə ilk dəfə məğlub olub.

Mövsümdəki ikinci məğlubiyyət XXII tura təsadüf edib. Səfərdə "Neftçi"yə yenilən əyalət klubu 104 gündən sonra xalsız qalıb.
 
Belə ki, "qırmızı-qaralar" sonuncu dəfə ötən il noyabrın 29-da səfərdə "Qarabağ"a 1:2 hesabı ilə uduzmuşdu.
 
XIII turdan sonra 8 matçda uduzmayan "Qəbələ" 104 günlük seriyası ilə vidalaşıb.

 //apasport.az