Prosineçki: "Problemlər var"

10-03-2017, 22:25
189

Prosineçki: "Problemlər var"Özünəinamı artırmaq üçün bu oyunda qələbə qazanmaq vacib idi. Komanda pis təsir bağışlamadı.

Bu sözləri milli komandamızın baş məşqçisi Robert Prosineçki deyib.

Yoxlama matçında Qətər yığması ilə qarşılaşan komandamız matçdan 2:1 hesablı qələbə ilə ayrılıb.
 
Matç başa çatdıqdan sonra açıqlama verən xorvat çalışdırıcı qarşılaşmanı dəyərləndirib: "Qətər yığması da zəif komanda deyil və bu gün yaxşı futbol oynamağı bacardıqlarını sübut etdilər. Qələbə qazansaq da, komandada problemlər var və üzərində işləməliyik. Futbolçularım meydanda əzmkarlıq nümayiş etdirdilər. Ümumi götürdükdə, komandanın çıxışından razı qaldım.

Bizim üçün vacib sınaq idi. Bu oyunda yeni futbolçulara şans verdim. Tellur Mütəllimov ilk dəfə milli komandanın forması altında meydana çıxdı. Onun çıxışı məni qane etdi. Mahir Mədətov oyuna yaxşı qoşuldu, Cavid Hüseynov uzun fasilədən sonra əsas millinin heyətində yer aldı və xoş təsir bağışladı. Yenə deyirəm, bəzi məqamlar var ki, üzərində işləməliyik".

//apasport.az