Yalnız ikisi - UEFA reytinqi

9-03-2017, 13:22
253

Yalnız ikisi - UEFA reytinqiUEFA-nın reytinq siyahısı açıqlanıb.

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən 4 matçdan sonra cədvəldə dəyişiklik baş verməyib.

Belə ki, keçirilən görüşlər quruma üzv olan 54 ölkədən yalnız ikisinin xal hesabını dəyişməsi ilə nəticələnib. Çünki yalnız İspaniya və Almaniya komandaları qələbə qazanıb.
 
UEFA reytinqinin liderlərinin hərəsinin iki təmsilçisi qalib gəlib. Bununla da İspaniya 5 illik xal hesabında "100"ü fəth edib.
 
İspaniyada "Barselona" və "Real"", Almaniyada isə "Borussiya" ilə "Bavariya" ölkələrinin aktivini zənginləşdirib. Fransa, İngiltərə, Portuqaliya və İtaliya isə təmsilçilərindən birini itirib.
 
Qeyd edək ki, reytinq cədvəlində 26-cı olan Azərbaycanın xal hesabı 17,750-di.

 //apaport.az