Qvardiolanın gözü Turindədi

9-03-2017, 13:19
174

Qvardiolanın gözü Turindədi"Mançester Siti" rəhbərliyinin baş məşqçi Xosep Qvardiolaya yayda geniş transfer büdcəsi ayıracaq.

İspan mütəxəssis artıq hücum xəttiylə bağlı qərarını verib.

İngiltərə mətbuatında yer alan xəbərlərə görə, Qvardiola A seriyası təmsilçisi "Torino" və İtaliya millisinin hücumçusu Andrea Belottinin xidmətində maraqlıdı.
 
Lakin Turin klubunun rəhbərliyinin italyan hücumçunu transfer etmək istəyən klubların 100 milyon avro ödəməsiylə bağlı tələbi bu keçidə mane ola bilər. Xatırladaq ki, bir müddət öncə İngiltərə mətbuatında "Mançester Siti" rəhbərliyinin yay transferləri üçün 133 milyon avro büdcə ayırdığı qeyd edilmişdi.
 
Qeyd edək ki, Belotti cari mövsümdə A seriyasında meydana çıxdığı 24 oyunda 22 qola imza atıb və çempionatın ən sərrast oyunçusudu.

 //apasport