Qvardiola sağ qalmanın tək yolunu açıqlayıb

6-03-2017, 10:02
186

Qvardiola sağ qalmanın tək yolunu açıqlayıb"Manchester City"nin çalışdırıcısı Xosep Qvardiola maraqlı açıqlaması ilə diqqət çəkib.

İspan mütəxəssis Premyer Liqada bütün məşqçilərin peşəkar olduğunu vurğulayıb:

"Tarix və kitablar yalnız qalib insanlar haqqında yazılır. Mən qalibəm, çünki "Barcelona" və "Bayern Munich" kimi klublarla çalışmışam. İnanın ki, bütün məşqçilər bu səviyyədə İngiltərə Premyer Liqasında çox yaxşıdır. Hamısı ən yüksək pillələrdədir. İnsanlar məni sevir, çünki digərlərindən yaxşıyam. Bəziləri düşünür ki, necə qalib olmaq lazımdır Bunun üçün çox oxumaq, çox düşünmək lazım deyil. Ən son vəziyyəti təhlil etmək, növbəti oyun üçün nəticə çıxarmaq kifayətdir. Həyatda sağ qalmağın tək yolu budur".

Qeyd edək ki, Xosep Qvardiola 2016-ci ildən Mançester təmsilçisinə rəhbərlik edir.

//Goal.az