2017-ci ilin final oyunları hansı şəhərlərdə keçiriləcək?

16-10-2015, 16:00
354

2017-ci ilin final oyunları hansı şəhərlərdə keçiriləcək?
2016/2017 mövsümündə Çempionlar Liqası və Avropa Liqasının final oyunlarının hansı şəhərlərdə keçiriləcəyi məlum olub.

Qitənin ən mötəbər klub turnirinin finalı Uelsin paytaxtında, "Millenium" stadionunda keçiriləcək.
 
Kardiffdə yerləşən "Millenium" stadionu 74,500 tamaşaçı tutumuna malikdir. Avropa Liqasının final matçının isə İsveçin paytaxtı Stokholmda, 50 min tamaşaçı tutumuna malik "Frends Arena"da keçirilməsinə qərar verilib.

2016/2017 mövsümünün ən güclü iki klubunu üz-üzə gətirəcək Avropa Superkubok görüşünü izləmək istəyənlər Makedoniyanın paytaxtı Skopyeyə getməli olacaqlar. Matçın keçiriləcəyi "II Filip" arenasının tamaşaçı tutumu 36,400 nəfərdir.

   //Qol.az