"Barselona" penalti ilə xilas oldu

20-02-2017, 15:12
180

"Barselona" penalti ilə xilas olduİspaniya La Liqasında XXIII tur autsayderlərin qarşılaşması ilə start götürüb.

"Qranada" - "Betis" görüşündə böyük hesab qeydə alınıb.

Bu gün lider "Real" "Espanyol"u qəbul edəcək. Madridlilər ən yaxın izləyicisi "Barselona" ilə fərqin qapanmaması üçün Kataloniya təmsilçisini əliboş yola salmalıdılar.
 
Liderlər qrupunda qərarlaşan komandalardan "Sevilya" "Eybar"ı qəbul edəcəksə, "Atletiko" autsayderlər zonasında qərarlaşan "Sportinq Xixon"un qonağı olacaq.
 
Çempionlar Liqasında biabırçı hesabla məğlub olan "Barselona" bunun acığını sabah aşağı sıralarda qərar tutan "Leqanes"dən çıxmağa çalışacaq.
 
Turun ən maraqla gözlənilən qarşılaşmalarından biri isə "Real Sosyedad"la "Vilyarreal" arasında oynanılacaq.
 
İspaniya La Liqası
XXIII tur
 
17 fevral
"Qranada" - "Betis" - 4:1
Qollar: Karkela-Qonzales, 18; Adrian Ramos, 28, 64; Pereyra, 33 - Petros, 75
 
18 fevral
"Sportinq Xixon" - "Atletiko" - 1:4
Qollar: Alvares, 49 - Karrasko, 46; Qameyro, 80, 81, 85
 
"Real" - "Espanyol" - 2:0
Qollar: Morata, 30, Beyl, 82
 
"Deportivo" - "Alaves" - 0:1
Qol: Qarsia, 68
 
"Sevilya" - "Eybar" - 2:0
Qollar: Sarabia, 30, Vitolo, 90
 
19 fevral
"Real Sosyedad" - "Vilyarreal" - 0:1
Qol: Kastillexo, 90+4
 
"Valensiya" - "Atletik" - 2:0
Qollar: Nani, 13, Zaza, 45+1
 
"Selta" - "Osasuna" - 3:0
Qollar: Sisto, 23, Jozabed, 87, Aspas, 89
 
"Barselona" - "Leqanes" - 2:1
Qollar: Messi, 4, 90 (pen.) - Lopez, 71
 
20 fevral
23:45. "Malaqa" - "Las Palmas"

   //apasport.az