Azərbaycan idmançısından rekord

17-02-2017, 17:15
37

Azərbaycan idmançısından rekordİsveçrədə dağ xizəyi üzrə dünya çempionatı keçirilir.

Yarışda Azərbaycanı təmsil edən Patrik Braxner də qüvvəsini sınayır.

Milliləşən legioner Sankt-Moritsdə təşkil olunan yarışda giqant-slalomda start xəttinə çıxıb. İlk cəhddə məsafəni 1 dəqiqə 2,32 saniyəyə qət edən idmançımız ikinci startda nisbətən zəif olub - 1.03,37. Yekunda 2.05,69 nəticə göstərən Patrik mundialı 30-cu pillədə başa vurub.
 
Bu göstərici Braxner üçün yeni rekorddur. Belə ki, təmsilçimiz karyerasında heç vaxt dünya 30-cusu olmamışdı. 2011-ci ildə giqant-slalomda 83-cü, 2013-cü ildə slalomda 37-ci olan Patrik 4 il öncəki rekordunu 7 pillə yaxşılaşdırıb.  O, həmin mundiallarda digər növdə finişə çatmayıb.
 
Qeyd edək ki, dünya çempionu olan hollandiyalı Stefan Vinkelhorst iki cəhdin cəmində 1 dəqiqə 59,08 saniyə nətəicə göstərib.

  //apasport.az