"Telekom" gərgin, "Azərreyl" asan matça çıxır

17-02-2017, 17:08
51

"Telekom" gərgin, "Azərreyl" asan matça çıxırBu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında IV dövrənin ilk oyunları keçiriləcək.

Günün mərkəzi matçı "Telekom"la "Azəryol" arasında keçiriləcək.

Çempionluğa doğru inamla irəliləyən Zoran Qayiçin yetirmələri bu gün də xal itirməsələr, qızıl medallara bir addım da yaxınlaşacaqlar. Lakin "Azəryol"un "Telekom"la ilk 2 matçını nəzərə alsaq, Eldar Yusubovun komandasından da sensasiya gözləməyə dəyər.
 
Günün digər matçında "Azərreyl" "Lokomotiv"lə üz-üzə gələcək. Famil Ağayevin yetirmələrinin çətinlik çəkmədən qalib gələcəyi gözləniləndir. Çünki onlar titulunu qorumaq arzusunda olduğundan setdə belə məğlubiyyət planlarına daxil deyil.
 
 
17 fevral
16:00. "Azəryol" - "Telekom"
"Azərreyl" Voleybol Mərkəzi
I dövrə: "Telekom" - "Azəryol" - 3:1 (23:25, 25:19, 25:15, 26:24)
II dövrə: "Azəryol" - "Telekom" - 2:3 (24:26, 13:25, 31:29, 25:18, 6:15)
 
18:00. "Lokomotiv" - "Azərreyl"
"Azərreyl" Voleybol Mərkəzi
I dövrə: "Azərreyl" - "Lokomotiv" - 3:0 (25:14, 25:10, 25:8)
II dövrə: "Lokomotiv" - "Azərreyl" - 0:3 (20:25; 12:25; 15:25)

   //apasport.az