Bakari Sanya yayda klubunu dəyişə bilər

15-02-2017, 12:09
213

Bakari Sanya yayda klubunu dəyişə bilər"Mançester Siti"nin müdafiəçisi Bakari Sanya "Vest Ham Yunayted"in maraq dairəsinə düşüb.

"Çəkicdöyənlər" yayda 34 yaşlı futbolçunu azad agenti kimi heyətə cəlb etmək istəyir. Xosep Qvardiola isə fransalı müdafiəçinin xidmətinə ehtiyac duymayacaq. Sanya "Siti"yə 2014-cü ildə "Arsenal"dan keçmişdi. O, 2007-ci ildən Fransa millisinin də üzvüdür.

  //Goal.az