"Özümü onda görürəm"

13-02-2017, 10:07
153

"Özümü onda görürəm""Udinese"nin hücumçusu Antonio Di Natale 4 il öncə "Fiorentina" klubuna transferə çox yaxın olduğundan danışıb. Veteran hücumçu bunları deyib:

"Karyerama görə peşman deyiləm. Böyük uğurlar qazanmışam və əvvələ qayıtsam, yenə eyni yolu seçərdim. Vaxtilə "Fiorentina"ya transfer olunmağa yaxındım. Della Valle ailəsi və Florensiya ilə bağlılığım var. 2013-cü ildə köhnə dostum Vinçenzo Montella məni ora dəvət etdi. Onunla çlışmaq istərdim, "Yuventus"dan da təklif vardı. Amma nəticədə "Udinese"də qaldım".

39 yaşlı Neapol doğumlu futbolçu İtaliyanın gənc simalarından Federiko Kyeza və Lorenzo İnsinyeni qeyd edib.

"Kyezanın atası Enrikodan fərqli xüsusiyyətləri var. Əminəm ki, böyük futbolçu olacaq. Mənə ən çox bənzəyən gənc fubolçu İnsinyedir. Özümü onda görürəm. Lorenzo sakit olub daha təcrübəli futbolçuları dinləməlidir".

  //goal.az