"Artıq hər oyun finala bərabər olacaq"

13-02-2017, 10:03
180

"Artıq hər oyun finala bərabər olacaq""Arsenal" Premyer Liqann 25-ci turunda "Hull City" üzərində 2:0 hesablı qələbə qazandı.

London klubunun qapıçısı Petr Çex matçdan sonra fikirlərini media ilə bölüşüb:

"Qarşıda çox oyun qalmayıb. "Chelsea" ilə xal fərqimiz çox olsa da, əlimizdən gələn qələbə qazanmağa davam etməkdir. Turnir cədvəlinin Çempionlar Liqası zonasında sıxlıq var. Buna görə bizi yalnız qalibiyyət qane edəcək. Stabillik lazımdır. Zəruri nöqtələrdə artırmaq lazımdır. Artıq hər oyun finala bərabər olacaq" - çexiyalı qolkiper bildirib.

"Arsenal" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Topçular"ı lider "Chelsea"dən 9 xal ayırır.

  //Goal.az