"Bu vəziyyətdə Prosineçkinin diqqətini cəlb edə bilməz"

8-02-2017, 16:18
227

"Bu vəziyyətdə Prosineçkinin diqqətini cəlb edə bilməz""Duysburq"un formasını geyinən Tuğrul Erat millimizin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniya ilə keçirəcəyi matça dəvət olunmayacaq.

Bu barədə Almaniya mətbuatında yazı dərc edilib.

Həmkarlarımızın fikrincə, II Bundesliqa təmsilçisində çıxış edən Eratın hazırkı durumu Azərbaycan millisinə cəlb olunacaq səviyyədə deyil: "Erat mövsümün əvvəlində özünü yaxşı tərəfdən göstərib, yarımmüdafiənin mərkəzində ustalıq səviyyəsini nümayiş etdirə bilirdi. Həmin vaxt martda keçiriləcək Azərbaycan - Almaniya matçında iştirak etməyin xəyallarını qururdu. Lakin son vaxtlar oyun praktikasının azlığından əziyyət çəkir. Belə vəziyyətdə Azərbaycan yığmasının baş məşqçisinin diqqətini cəlb edə bilməz".
   
Qeyd edək ki, ötən ildən "Duysburq"da çıxış edən 24 yaşlı yarımmüdafiəçi Azərbaycan millisində 4 oyun keçirib.

   //apasport.az