"Barselona"nın zədəliləri qayıtdılar

7-02-2017, 17:17
248

"Barselona"nın zədəliləri qayıtdılar"Barselona"nın zədəli futbolçuları sıraya dönüblər.

Yarımmüdafiəçilər Serxio Buskets və Andres İnyesta artıq kollektivə qoşulublar.

Hər iki aparıcı oyunçunun hətta İspaniya Kral Kubokunun yarımfinal mərhələsində "Atletiko" ilə cavab qarşılaşmasında iştirakı gözlənilir. Bu gün (Bakı vaxtı ilə 00:00-da) baş tutacaq görüşdə Busketsin start heyətində, İnyestanın isə ikinci hissədə meydana çıxması ehtimal edilir.
 
Qeyd edək ki, bu komandalar arasında Madriddə keçirilən ilk oyunda "Barselona" 2:1 hesablı qələbə qazanıb.

   //apasport.az