"Oğlan anası olmaq istəyirəm"

30-01-2017, 17:36
443

"Oğlan anası olmaq istəyirəm"Star TV-nin yeni "İçimdəki fırtına" serialı ilə ekranlara qayıdan Merve Boluğur ana olmaq istədiyini deyib.

O, müğənni Murad Dalkılıçla olan evliliyinin bilinməyən tərəflərindən danışıb

29 yaşlı aktrisa ailə qurduqdan sonra dəyişdiyini, səbirli və təmkinli olduğunu söyləyib.

"Münasibətlərdə özümü tez ələ verən deyiləm. Ona görə də, Muradı bir az yordum. O da məndən əl çəkmədi. Yaxşı ki, əl çəkmədi", - deyə o, bildirib.

O, evlilik təklifi alanda sevincindən ağladığını söyləyib:

"Heç bir şeydən xəbərim yox idi. "Sonsuz olsam" mahnısını ifa edərkən, Murad "Bugün həyatımın ən özəl günüdür. Həm Harbiyedə ilk konsertimi verirəm, həm də həyat yoldaşım buradadır" dedi. Öncə başa düşmədim, amma sonra anlayanda ağlamağa başladım. O gecə minlərlə insan sevincimə şərik oldu".

Ana olmaq arzusunda olan aktrisa "Oğlan uşağını daha çox sevirəm. Oğlan anası olmaq istəyirəm" deyib.

   //Axsam.az