Belarus millisində yeni baş məşqçi

30-01-2017, 16:19
240

Belarus millisində yeni baş məşqçiBelarus millisinin yeni baş məşqçisi müəyyənləşib.Rusiya mətbuatı ötən ilin dekabrın ayından məşqçisiz qalan yığma Nikolay Pisarevə tapşırılacağını iddia edir.

Rusiyalı mütəxəssis Aleksandr Xatskeviçin istefasından sonra boş qalan posta yiyələnəcək. Baş məşqçi dəyişikliyi DÇ-2018-in seçmə mərhələsinin 4 matçından sonra gerçəkləşir.
 
Hazırda Belarus Futbol Federasiyası ilə 48 yaşlı mütəxəssis arasında müqavilənin formal hissələri müzakirə olunur. Yaxın günlərdə isə tərəflər münasibətləri rəsmiləşdirəcək.
 
Qeyd edək ki, Pisarevin son iş yeri Rusiyanın U-21 yığması olub. Bu komanda AVRO-2017-də Azərbaycan millisinin rəqibi olub.

   //apasport.az