Ozobiç üçün İslandiya yığması

11-01-2017, 15:25
41

Ozobiç üçün İslandiya yığması"Qəbələ"nin futbolçusu Filip Ozobiçin şərəfini qoruduğu Xorvatiya millisinin mübarizə apardığı "Çin Kuboku-2017" turnirinə start verilib.

Çinin Nanninq şəhərindəki beynəlxalq turnirin ilk günündə meydan sahibləri ilə İslandiya qarşılaşıb.

Avropa təmsilçisi bu görüşdə 2:0 hesabı ilə qələbə qazanıb. Kyartan Finboqasson 65-ci, Byorn Siqurdarsson 88-ci dəqiqədə asiyalıları məyus edib.
 
Bu qələbə ilə İslandiya yanvarın 15-də keçiriləcək final matçına vəsiqə əldə edib. Çin isə bundan bir gün əvvəl 3-cü uer uğrunda mübarizə aparacaq.
 
Həmin qarşılaşmalardakı rəqib komanda isə bu gün keçiriləcək ikinci matçda bəlli olacaq. Ozobiçin çıxış etdiyi Xorvatiya Çili ilə qarşılaşacaq.

   //apasport.az