"AVRO-2016": 18 vəsiqə və 6 "pley-off"çu müəyyənləşdi

13-10-2015, 22:48
350

"AVRO-2016": 18 vəsiqə və 6 "pley-off"çu müəyyənləşdi
"AVRO-2016" seçmə mərhələsi yekunlaşmaq üzrədi.

Artıq qitə birinciliyinə birbaşa vəsiqə qazanacaq 19 komandadan 18-nin adı müəyyənləşib.

Meydan sahibi Fransa ilə yanaşı, A qrupundan İslandiya və Çeхiya, B qrupunda Belçika və Uels, C qrupunda İspaniya və Slovakiya, D qrupundan Almaniya və Polşa, E qrupunda İngiltərə və İsveçrə, F qrupundan Şimali İrlandiya və Rumıniya, G qrupundan Avstriya və Rusiya, H qrupundan İtaliya, İ qrupundan Portuqaliya və Albaniyanın Avropa çempionatında iştirakı dəqiqləşib.

"AVRO-2016"ya birbaşa vəsiqə qazanacaq son komanda millimizin qrupundan olacaq. Belə ki, bu qrupdan İtaliya vəsiqəni rəsmiləşdirib. Son vəsiqənin sahibinə bu gün aydınlıq gələcək. Mübarizə Norveç və Xorvatiya arasında gedir. Norveç İtaliyanın, Xorvatiya Maltanın qonağı olacaq.

Qalan 5 vəsiqədən biri ən yaхşı üçüncü komandaya veriləcək. 4 vəsiqənin sahiblərinə isə "pley-off" mərhələsindən sonra aydınlıq gələcək. Ukrayna (C qrupu), İrlandiya (D qrupu), Sloveniya (E qrupu), Finlandiya (F qrupu), İsveç (G qrupu) və Danimarka (I qrupu) "pley-off"da iştirak hüququ qazanıb. A, B və H qruplarından "pley-off"çuların adına bu gün aydınlıq gələcək.

Qeyd edək ki, "pley-off" mərhələsinin ilk oyunları 12-14, cavab qarşılaşmaları 15-17 noyabr tarixlərində keçiriləcək. Gələn ilin 10 iyun - 10 iyul tarixlərində Fransada keçiriləcək qitə birinciliyi ilk dəfə 24 komanda iştirak edəcək.

   //ANS Press