"İslam Həmrəyliyi Oyunları"na hazırlıqlar davam edir

13-10-2015, 12:30
129

"İslam Həmrəyliyi Oyunları"na hazırlıqlar davam edir
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bu il Azərbaycanda idman sahəsində həyata keçirilən tədbirlərdən danışıb.

"Günə Baxan” verlişinin qonağı olan Səmayə Məmmədova ilk öncə bildirib ki, 2016-cı ildə Bakıda şahmat üzrə Dünya Olimpiyadası keçiriləcək. Olimpiyada zamanı 3 mindən çox şahmatçının ölkəmizə gələcəyi gözlənilir.

Bakı 2016-da daha bir möhtəşəm yarışa "Formula1 Avropa- Qram piri” turnirinə də ev sahibliyi edəcək.

Əsas yarışlardan biri isə Rio de Janeyra da keçirilən Yay Olimpiya Oyunlarıdır. Fakt isə odur ki, Azərbaycan idmançılar bu yarışda qazandıqları medalların sayını və onun əyyarını artırırlar. Mətbuat xidmətinin rəhbəri vurğulayıb ki, bunu deməyə əsas verən səbəb isə bu il ölkəmizin idman sahəsində alıdğı lisenziyaların çoxluğudur. Bir neçə oyunlar üzrə də lisenziyaların əldə olunması gözlənilir.

Bildiyimiz kimi 2017-ci ildə "İslam Həmrəyliyi Oyunları”Bakıda keçiriləcək. Burada ilkin razılaşmaya görə, 20 idman növü nəzərdə tutulub. Səmayə Məmmədova qeyd edib ki, Oyunlazr zamanı "milli zorxana” (qədim güləş növü) adlı idman növünün də iştirakı gözlənilir. Oyunlara 57 ölkədən 5 mindən çox idmançının gəlişi ehtimalı var.

O həmçinin vurğulayıb ki, bu oyunlarla bağlı Bakıda heç bir yeni idman arenaları tikilməyəcək. Çünki, I Avropa Oyunlarında tikilən idman obyektlərindən istifadə olunacaq.

Təhlükəsziliyə gəldikdə isə Səmayə xanım bu sahədə heç bir narahatçılığa səbəb olmadığını qeyd edib.

   //ANS