Millimiz növbəti oyununa çıxacaq

8-09-2015, 11:42
341

 Millimiz növbəti oyununa çıxacaq
Bu gün 21 yaşadək futbolçulardan ibarət yığma komandamız növbəti oyununa çıxacaq.

Oyun "Avro-2017" nın seçmə mərhələsi çərçivəsində baş tutacaq.

Millimiz doğma meydanda Almaniya millisi ilə qarşılaşacaq.

Son oyunda evdə Avstriyaya uduzan millimiz bu görüşdən sərfəli nəticə ilə ayrılmağa çalışacaq. "Dalğa Arena"da keçiriləcək oyun saat 19:00-da başlayacaq.

Seçmə mərhələnin ilk matçında Farer adalarına 1:0 qalib gələn Azərbaycan yığması ikinci görüşündə evdə Avstriyaya uduzub - 0:2.

   //ANS Press