Berti Foqts ABŞ millisindən də qovulur

17-11-2016, 18:34
26

Berti Foqts ABŞ millisindən də qovulurABŞ millisinin baş məşqçisi Yürgen Klinsmann tezliklə istefaya göndəriləcək.
Buna yığmanın son oyunlardakı uğursuz çıxışları səbəb olub. Federasiya rəhbərliyi DÇ-2018-in seçmə mərhələsində Kosta-Rika millisinə məğlubiyyətdən sonra (4:0) 52 yaşlı mütəxəssisi istefaya göndərmək qərarına gəlib.

Qeyd edək ki, futbol üzrə milli komandamızın sabiq çalışdırıcısı Berti Foqts da hazırda ABŞ yığmasında Klinsmannın məsləhətçisi vəzifəsində çalışır. Yürgenlə bərabər Foqts da işindən qovulacaq.

Xatırladaq ki, Berti Foqts 2008-14-cü illərdə millimizinin "sükanı arxası"nda olub.

   //qafqazinfo