"Yuventus", "Roma" və "Milan" zirvədə

7-11-2016, 14:18
219

"Yuventus", "Roma" və "Milan" zirvədəİtaliya A seriyasında XII tura yekun vurulub.

Turun ilk oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə "Torino" "Kalyari"ni qəbul edib. Qarşılaşma Turin təmsilçisinin qələbəsiylə nəticələnib - 5:1.
 
Günün digər oyununda isə "Napoli" və "Latsio" bərabərliyə razılaşıblar.
 
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Fiorentina" isə bazar günü meydana çıxıb. "Bənövşəyilər" evdə "Sampdoriya"nın müqavimətini qıra bilməyiblər - 1:1.
 
Həmin gün "Yuventus" "Kyevo"ya, "Milan" isə "Palermo"ya qalib gəlib.
 
İtaliya A seriyası
XII tur
 
5 noyabr
"Torino" - "Kalyari" - 5:1
Qollar: Belotti, 2; 59-pen. Lyayiç, 11. Benassi, 37. Bazelli, 51 - Melkiorri, 41.
 
"Napoli" - "Latsio" - 1:1
Qollar: Hamşik, 52 - Keyta, 54
 
6 noyabr
"Peskara" - "Empoli" - 0:4
Qollar: Makkarone, 12; 44, Puççarelli, 23, Saponara, 89

"Kyevo" - "Yuventus" - 1:2
Qollar: Pellisier, 75 - Mancukiç, 53, Pyaniç, 75
 
"Cenoa" - "Udineze" - 1:1
Qollar: Okampos, 24 - Terau, 11
 
"Sassuolo" - "Atalanta" - 0:3
Qollar: Qomez, 19, Kaldara, 24, Konti, 41
 
"Palermo" - "Milan" - 1:2
Qollar: Nesterovski, 71 - Suso, 15, Lapadula, 82
 
"Fiorentina" - "Sampdoriya" - 1:1
Qollar: Bernardeşi, 37 - Muriel, 57

"İnter" - "Krotone" - 3:0
Qollar: Perisiç, 84, İkardi, 88, 90+3
 
"Roma" - "Bolonya" - 3:0
Qollar: Salah, 13, 62, 71

  //apasport.az