13 il sonra ikinci olan əfsanə

19-10-2016, 23:24
246

13 il sonra ikinci olan əfsanəUEFA Çempionlar Liqasının qrup mərhələsinin III turunda "Lion"la qarşılaşan "Yuventus" çətin oyundan 3 xalla ayrılıb.

"Qoca sinyora" Xuan Kuadradonun 76-cı dəqiqədə vurduğu qola sevinib.

Turin təmsilçisinin qələbəsində qolla yanaşı komandanın əfsanəvi qapıçısı Canluici Buffonun da əvəzsiz xidməti olub. Görüş ərzində bir neçə epizodda komandasını real qoldan xilas edən "veteran" ilk hissədə Aleksandr Lakazettenin penalti zərbəsini də zərərsizləşdirib (35-ci dəqiqə).
 
Maraqlıdır ki, bunu Buffon ən son 2003-cü ildə bacarmışdı. Belə ki, canlı əfsanə Çempionlar Liqasında sonuncu dəfə 2003-cü ildə, "Real"la qarşılaşmada Luiş Fiqunun zərbəsinin qarşısını almışdı.
 
Qeyd edək ki, 38 yaşlı qolkiper qitənin ən nüfuzlu klub turnirində ən çox penalti qaytaran qapıçılar arasında 2-ci pillədə qərarlaşıb. 4 dəfə penaltini zərərsizləşdirən Buffon, bu cəhətdən yalnız Hans Yörgen-Butdan geri qalır. Keçmiş "Bayer"li qapıçı 5 dəfə komandasını "99%-lik qol"dan xilas edib.

   //apasport.az