"Millinin baş məşqçisi atam belə olsaydı, oraya qayıtmazdım"

6-10-2015, 15:02
280

"Millinin baş məşqçisi atam belə olsaydı, oraya qayıtmazdım"
"Manchester City"nin futbolçusu Samir Nasri bir daha Fransa millisində oynamayacağını yenidən diqqətə çatdırıb.

"Canal+"a açıqlamasında Nasri bunları deyib:

"Həqiqətən, Premyer Liqanı çox bəyənirəm. Mənim həyatım İngiltərədədir. "City" ilə müqaviləmin müddəti başa çatandan sonra (2019 - red.), çox güman ki, özümü yenidən sınaqdan keçirmək üçün MLS-ə gedəcəm. Fransaya qayıtmaqdansa, bunu üstün tuturam. Fransa millisinin baş məşqçisi atam belə olsaydı, komandaya qayıtmazdım. İlk əvvəl milli komanda mənim arzum idi. Amma sonradan buna görə çox əziyyət çəkdim".
Qeyd edək ki, Nasri 2014-cü ilin avqustunda milli karyerasını başa vurduğunu elan etmişdi.

   //Goal.az