Acundan “Survivor 2017” sürprizi

2-10-2016, 14:34
300

Acundan “Survivor 2017” sürprizi"Survivor" yarışlarının aparıcısı Acun Ilıcalı verilişlə bağlı yeniliklər edib.

Aparıcı növbəti mövsümdə Dominikan adasında "Survivor Türkiyə" ilə eyni vaxtda "Survivor Yunanıstan" yarışının da çəkiləcəyini açıqlayıb:

"Günortaya qədər "Survivor Türkiyə" çəkiləcək, günortadan sonra isə yunanların yarışlarını izləyəcəyik".

Acun "Survivor Türkiyə"nin yeni mövsümündə sürpriz iştirakçıların olacağını da bildirib:

"Onların arasında 3 nəfər xüsusilə çox maraqlı simadır. Amma adlarını açıqlamağa hələ vaxt var. Bir-bir elan edəcəyik".

Qeyd edək ki, "Survivor Türkiyə 2016"da Atakan qalib olmuşdu.

   //Axsam.az