UEFA prezidenti "Qəbələ"nin oyununda

28-09-2016, 18:28
234

UEFA prezidenti "Qəbələ"nin oyunundaUEFA-nın prezidenti Aleksander Çeferin Avropa Liqasının C qrupunda sentyabrın 29-da saat 19:00-da 8-ci km qəsəbə stadionunda keçiriləcək "Qəbələ" - "Maynts" (Almaniya) oyununu izləyəcək.

Bu barədə AFFA-nın saytı məlumat verib.

Xatırladaq ki, Aleksander Çeferin UEFA Avro-2020-nin 4 oyununun ev sahibi şəhəri Bakının loqosunun sentyabrın 30-da keçiriləcək təqdimat mərasimində iştirak etmək üçün paytaxtımıza səfər edəcək.

 

//Nezer Media.az