Alonso: ""Bavariya" sonuncu klubum olacaq"

27-09-2016, 17:08
233

Alonso: ""Bavariya" sonuncu klubum olacaq""Bavariya"nın futbolçusu Xavi Alonso gələcək karyerası haqda danışıb.

İspaniyalı yarımmüdafiəçi Münhen klubundan ayrılmaq fikrində olmadığını deyib:

"Düşünürəm ki, "Bavariya" mənim son klubum olacaq. Hələ ki, oynamağa gücüm var. Ən yüksək səviyyədə çıxış etməyə davam edəcəm. Hələ ki, yeni müqavilə ilə bağlı qərar verməmişəm. Arzum "Bavariya" ilə Çempionlar Liqasını qazanmaqdır. Bunu bacara bilərik".

Qeyd edək ki, 35 yaşlı futbolçu 2014-cü ildə "Real"dan "Bavariya"ya keçib.

   //Goal.az