Sabah Şəriəti: “Şadam ki, Azərbaycanın bayrağını qaldırdım”

16-08-2016, 13:07
297

Sabah Şəriəti: “Şadam ki, Azərbaycanın bayrağını qaldırdım”Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışlarında Azərbaycana ilk medalını qazandıran iranlı idmançı Sabah Şəriəti (130 kq) görüş başa çatdıqdan sonra fikirlərini bölüşüb.

O, bürünc medalı əldə edərək Azərbaycan bayrağını qaldırmasından çox şad olduğunu bildirib.
 
"Çox şadam ki, qalib gəldim, Olimpiya medalı qazandım. Çox çətin məşqlər keçib, ciddi hazırlaşmışdıq bu yarışa. Allaha min dəfə şükür ki, Azərbaycan bayrağını qaldıra bildim. Finalda qarşılaşdığım alman güləşçi güclü rəqib idi. Avropa çempionatında ona uduzmuşdum. Ancaq burda məşqçilərin də tövsiyəsi ilə fərqli taktika ilə güləşdim və qalib gəldim", - deyə Sabah Şəriəti bildirib.
 
Azərbaycan güləş tarixində ağır çəkidə ilk medalı qazanan güləşçi bürünc qələbəsini bütün Azərbaycan xalqına həsr etdiyini vurğulayıb.

 

//Abdulla,Nezer Media.az