"Messinin istedadı onda yoxdur"

1-08-2016, 17:15
292

"Messinin istedadı onda yoxdur"Tanınmış futbol mütəxəsisi Arriqo Sakki məşhur dilemmaya toxunub.

Sakki iki futbol ulduzu - Lionel Messi və Kriştianu Ronaldonu müqayisə edib.

"Messi dünyanın ən yaxşı futbolçusudur. Amma onda Diyeqonun xarakteri yoxdur. Maradona universal oyunçu idi. İtaliyada baxımlı futbol göstərmirlər. Taktiki sxemə üstünlük verilir deyə topa çox nəzarət etmək olmur. Maradona həm İtaliya, həm də İspaniyada özünü göstərmişdi. Messinin milli və azarkeşlər qarşısında öhdəliyi var. Bu səbəbdən milli karyerasını bərpa edəcək. Ronaldo peşəkarlığın yüksək zirvəsidir. Messinin istedadı onda yoxdur, amma güclü futbolçudur. Bir dəfə Madridə Ançelotti ilə görüşmək üçün getmişdim. Ronaldo digər oyunçuların gəlməsini gözləmədən paltardəyişmə otağında məşq edirdi".

   //Goal.az