Fransa, yoxsa İslandiya?

3-07-2016, 13:17
113

Fransa, yoxsa İslandiya?Bu gün "Avro-2016"da 1/4 final mərhələsinə yekun vurulacaq.

Keçiriləcək bir oyunla sonuncu yarımfinalçının adı bəlli olacaq.

Meydan sahibi Fransa çempionatda sürpriz nəticələri ilə yadda qalan İslandiya millisi ilə qarşılaşacaq.

Qeyd edək ki, Portuqaliya, Uels və Almaniya artıq yarımfinaldadır.

3 iyul

Avropa çempionatı, 1/4 final

23:00. Fransa - İslandiya
Baş hakim: Byörn Kuypers
Yan xətt hakimləri: Sander van Rökel, Ervin Zeynstra
Əlavə köməkçi hakimlər: Pol van Bökel, Rixard Lisveld (hamısı Hollandiya)
Dördüncü hakim: Milorad Majiç

   //Qol.az