"Gələcəyimlə bağl məsələni həll etməliyəm"

24-05-2016, 12:06
162

"Gələcəyimlə bağl məsələni həll etməliyəm""Qəbələ"nin yarımmüdafiəçisi Dodo Braziliya mətbuatına açıqlama verib.

"Sambaçı" geridə qalan mövsümün icmalını aparıb.

"Biz gözəl mövsüm keçirib azarkeşlərimizi sevindirdik."Qəbələ" Avropa Liqasının qrup mərhələsində mübarizə apardı. Daxili çempionatı 3-cü pillədə başa vurduq. Daha yaxşı nəticə göstərmək olardı. Qazanılan nəticələri qeyd etmək lazımdır. Bu mövsüm mənim üçün xüsusi oldu. "Qəbələ"də hər futbolçunun karyerasına yazılan Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqda komandaya kömək etdim. Klubla müqaviləm yaxında bitir. Gələcəyimlə bağl məsələni həll etməliyəm".

   //Goal.az