"Mövsümün əvvəlində "Lester" mənə baş məşqçi postunu təklif etmişdi"

5-05-2016, 13:21
36

"Mövsümün əvvəlində "Lester" mənə baş məşqçi postunu təklif etmişdi"Dekabrda "Çelsi"nin sükanı arxasına keçməklə komandanı enişdən xilas edən Quus Hiddink burda yaya qədər çalışacaq. Holland mütəxəsis mövsümün əvvəlində hazırki İngiltərə çempionu "Lester Siti"dən təklif aldığını etiraf edib.

"Həqiqətən, mövsümün əvvəlində "Lester" mənə baş məşqçi postunu təklif etmişdi. Amma həmin vaxt dincəlmək istəyirdim. "Çelsi"yə gələndə burda panika vardı. Komandanı qaydasına salmaq mənim vəzifəm idi. bunun öhdəsindən gəldim. Bu klubdakı 6 ayım gözəl keçdi. Son oyunlarda yaxşı nəticələr qazanmaq istəyirəm. "Çelsi"də işləməyə razılıq verdiyimə görə peşman deyiləm. Premyer liqada ikinci dəfə təcrübə qazanmaq fantastik idi".

   //goal.az