Finalçılar məlum oldu

19-04-2024, 01:14
49

RUSİYADA TƏHSİL

AVROPADA TƏHSİL

ABŞ-da  TƏHSİL

KANADADA TƏHSİL

UKRAYNADA TƏHSİL

İNGİLİS, RUS VƏ ƏRƏB DİLİ

Telefon: +99450-339-01-64


Qadın və kişi voleybolçuların Azərbaycan çempionatlarında bütün finalçılar bəlli olub.

Bu gün GİN-in Voleybol Mərkəzində keçirilən son yarimfinal çərçivəsində ilk olaraq kişilərdən ibarət “Neftçi” və “Murov Az Terminal” klubları üz-üzə gəliblər. “Murov Az Terminal” ilk oyunda olduğu kimi bu görüşdə də 3:0 hesabı ilə qələbə qazanıb və adını finala yazdırıb.

Növbəti qarşılaşma isə qadınlardan ibarət “Murov Az Terminal” və “Abşeron” klubları arasında baş tutub. Gərgin keçən bu oyunda “Murov Az Terminal” 3:1 hesabı ilə qələbə qazanıb. Cütün ilk qarşılaşmasında “Abşeron” 3:1 hesabı ilə qalib gəldiyindən ümumi hesab bərabərləşib və “Qızıl set”ə ehtiyac yaranıb. Həlledici hissədə “Avşeron” 15:11 hesabı ilə qələbə qazanaraq finala yüksəlib. “Murov Az Terminal” isə bürünc medal uğrunda oyuna çıxacaq.

Beləliklə, kişilərin mübarizəsində üçüncü yer uğrunda MOİK və “Neftçi” komandaları , finalda “AZERRAIL” və “Murov Az Terminal”, qadınların mübarizəsində isə bürünc medal uğrunda “Gəncə” və “Murov Az Terminal”, qızıl medal uğrunda “AZERRAIL” və “Abşeron” komandaları üz-üzə gələcəklər.

Azərbaycan çempionatı Yüksək Liqa

18 aprel

Yarımfinal (ikinci oyunlar)

Kişilər

Neftçi” - “Murov Az Terminal” 0:3 (21:25, 25:20, 19:25)

Qadınlar

“Murov Az Terminal” - “Abşeron” 3:1 (21:25, 25:20, 25:19, 25:20)

Qızıl set (11:15)

Bürünc medal və final oyunları

ÜÇÜNCÜ YER UĞRUNDA OYUNLAR (AVF-nin youtube kanalı – canlı)

20.04.2024 

Kişilər

15:00. MOİK –“Neftçi”

Qadınlar 

18:00. “Gəncə” – “Murov Az Terminal”

Ünvan: GİN-NİN VOLEYBOL MƏRKƏZİ

FİNAL oyunları (CBC Sport -canlı)

22.04.2024

FİNAL (kişilər) 

16:00. “AZERRAIL” – “Murov Az Terminal”

23 APREL

FİNAL (qadınlar) 

16:00. “AZERRAIL” – “Abşeron”

Final oyunları Bakı İdman Sarayında keçiriləcək.