Badmintonçumuz 1/4 finala yüksəlib

11-04-2024, 19:23
112

RUSİYADA TƏHSİL

AVROPADA TƏHSİL

ABŞ-da  TƏHSİL

KANADADA TƏHSİL

UKRAYNADA TƏHSİL

İNGİLİS, RUS VƏ ƏRƏB DİLİ

Telefon: +99450-339-01-64


Badmintonçumuz Edi Reski Dviçayo Almaniyanın Saarbrükken şəhərində keçirilən Avropa çempionatında kişilərin şəxsi yarışında 1/4 finala yüksəlib

İlk görüşündə Bolqarıstan təmsilçisi Dimitar Yanakievi 2:0 (21-10,21-18) hesabı ilə məğlub edən Edi 1/8 finala yüksəlmək uğrunda Sloveniya badmintonçusu Miha İvançiçi mübarizədən kənarlaşdırıb – 2:0 (21-13,21-13) 

Ən güclü səkkizliyə yüksəlmək üçün danimarkalı Maqnus Yohannesenlə qarşılaşan badmintonçumuz güclü rəqibi ilə gərgin və maraqlı mübarizə şəraitində keçən görüşdə 2:1 (21-19,12-21,21-19) hesablı qələbə qazanaraq 1/4 finala vəsiqə qazanıb.

Edi yarımfinal uğrunda görüşdə fransalı Toma Junior Popovla qarşılaşacaq.