Obi Mikel atasını qaçırılmasından danışdı: “Abramoviç dedi ki...”

9-11-2023, 17:52
92

RUSİYADA TƏHSİL

AVROPADA TƏHSİL

ABŞ-da  TƏHSİL

KANADADA TƏHSİL

UKRAYNADA TƏHSİL

İNGİLİS, RUS VƏ ƏRƏB DİLİ

Telefon: +99450-339-01-64


"2018-ci ildə Rusiyada keçirilən futbol üzrə dünya çempionatında milli komandada çıxış edərkən atam qaçırıldı. Həmin gün qrup mərhələsinin son oyununda Argentina ilə oynamağa hazırlaşırdıq. Oyundan iki saat əvvəl qardaşım mənə zəng edərək atamın Nigeriyada ikinci dəfə qaçırıldığını dedi".

Nəzər Media.az İdman.Biz-ə istinadən bildirir ki, bunu "Çelsi"nin keçmiş yarımmüdafiəçisi Con Obi Mikel "talkSPORT"a atasının qaçırıldığından danışarkən bildirib.

Mikelin sözlərinə görə, atasını qaçıranlar ondan külli miqdarda pul tələb ediblər: Birinci dəfə atam qaçırılanda istədikləri məbləği ödədim və o, azad edildi. Amma ikinci dəfə yenidən qaçırılanda bu çox ağır oldu. Hadisə ölkəm üçün oynayacağım qarşılaşma öncəsi idi. Bu, tamamilə şok idi, çünki həyatımın ən böyük matçlarından birinə çıxmağa hazırlaşırdım. Argentina millisinə, eləcə də Lionel Messiyə qarşı oynamalı idik. Meydana çıxdım və mübarizə apardım. Təəssüf ki, oyunu qazana bilmədik və bundan sonra hamıya dedim. Soyunub-geyinmə otağında məşqçi və bəzi futbolçular az qala ağlayırdılar. Dedilər ki, bunu oyundan əvvəl bildirməliydim, oynamamalıydım".

Nigeriyalı futbolçu həmin anlarda "Çelsin"nin ona çox dəstək olduğunu əlavə edib: "Roman Abramoviç mənə yaxınlaşıb dedi ki, köməklik edə bilərəm: "İstəyirsən adam göndərim. Bilirəm ki, adam göndərsəm, atanı çıxara bilərəm". Bunu necə edəcəyini soruşdum. Dedi ki, buna görə narahat olma: "Sadəcə razılıq ver, bunu edə bilərəm".




�����������