Çalhanoğlu ilə bağlı rəsmi bəyanat verilib

18-03-2016, 23:58
331

Çalhanoğlu ilə bağlı rəsmi bəyanat verilib"Bayer Leverkusen"in futbolçusu Hakan Çalhanoğlu ilə "Trabzonspor" arasında hüquq mübahisəsi gedir. Trabzon klubu onunla 17 yaşında imzalanmış müqavilənin şərtlərinə əməl olunmamasını iddia edir. "Bayer" sözügedən məsələ ilə əlaqədar rəsmi bəyanatla çıxış edib.

"FİFA və Hakan Çalhanoğlu hüquqi proseslə məşğul olur. İş onun "Trabzonspor"la imzaladığı müqaviləyə aiddir. Müqavilə türk futbolçunun 2012/13 mövsümündə "Trabzonspor"da çıxışını nəzərdə tuturdu. Amma "Karsruher"lə türk klubunun müqaviləsi olmadığına görə bu baş tutmayıb. Gözlənildiyi kimi, bu məsələnin həlli bir neç ay çəkəcək. Çalhaoğlu heç bir məhdudiyyət olmadan futbol oynamağa davam edəcək".

Çalhanoğlu "Bayer"ə 2014-cü ildə transfer olunub.

   //Goal.az