FONO XARİCDƏ TƏHSİL MƏRKƏZİ VƏ XARİCİ DİLLƏR KURSU
FONO XARİCDƏ TƏHSİL MƏRKƏZİ VƏ XARİCİ DİLLƏR KURSU
TÜRKİYƏDƏ TƏHSİL
RUSİYADA TƏHSİL
AVROPADA TƏHSİL
ABŞ-da TƏHSİL
KANADADA TƏHSİL
FƏRDİ İNGİLİS DİLİ KURSU
8 NƏFƏRLİK İNGİLİS DİLİ QRUPLARI (50₼)
RUS DİLİ KURSU
YÖS Kursları
Telefon: +99450-339-01-64; +99450-315-38-86
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrin ilk onilliyində ən çox qol vuran qapıçıların siyahısını dərc edib.
Nəzər Media.az report-a istinadən xəbər verir ki, 15 nəfərlik cədvəldə azərbaycanlı qolkiper də var.
Bu, "Turan"ın sabiq kapitanı Nizami Sadıqovdur. O, 2001-2010-cu illər aralığında Azərbaycan çempionatında 9 qola imza atıb.
Siyahıya braziliyalı Rojerio Seni başçılıq edir. Seni nəzərdə tutulan müddətdə 58 dəfə fərqlənib. O, ümumi karyerası ərzində isə rəqib qapılarına 129 dəfə yol tapıb.
1992-2004-cü illər aralığında "Turan" və "Kəpəz"in formasını geyinmiş Nizami Sadıqov isə ümumilikdə 21 qol vurub.
Qapıçı | Ölkəsi | Qollar | Cəmi | ||||
ÖÇ | ÖK | BKY | MK | ||||
1 | Rojerio Seni | Braziliya | 58 | 5 | 13 | 76 | |
2 | Conni Veqas | Peru | 34 | 1 | 35 | ||
3 | Vensan Enyama | Nigeriya | 18 | 2 | 4 | 24 | |
4 | Misael Alfaro | Salvador | 22 | 22 | |||
5 | Fernando Patterson | Kosta-Rika | 20 | 2 | 22 | ||
6 | Kristian Lukketti | Argentina | 17 | 2 | 19 | ||
7 | Dimitar İvankov | Bolqarıstan | 14 | 3 | 1 | 18 | |
8 | Fan Van Santos | Vyetnam | 14 | 1 | 15 | ||
9 | Sebastian Saya | Argentina | 12 | 1 | 13 | ||
10 | Hans-Yorq Butt | Almaniya | 9 | 2 | 11 | ||
11 | Jarko Luçiç | Monteneqro | 10 | 10 | |||
12 | Qaston Losa | Argentina | 9 | 9 | |||
13 | Nizami Sadıqov | Azərbaycan | 9 | 9 | |||
14 | Uqo Suares | Boliviya | 7 | 1 | 8 | ||
15 | Xose Luis Çilavert | Paraqvay | 4 | 1 | 2 | 7 |
Qeyd: ÖÇ - ölkə çempionatı, ÖK - ölkə kuboku, BKY - beynəlxalq klub yarışları, MK - milli komanda